Müharibə başlasa hədəf yalnız Qarabağ olmalıdır, yoxsa, İrəvana qədər getməliyik?- paytaxt sakinləri arasında VİDEOSORĞU

276

Bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində aparılan hərbi əməliyyatlarından sonra, ölkəmizdə müharibə ab-havası daha da artıb.

Xüsusilə də, son dövrlər Azərbaycanla Türkiyə arasında hərbi ittifaqın daha yüksək səviyyəyə keçməsi, uğurla davam edən birgə təlimlər ölkə əhalisi arasında Qarabağ adına yeni ümidlər yaradıb.
İnsanlar Ali Baş Komandandan gələ biləcək müharibə əmrinə hər an hazır olduqlarını bildirirlər.
Bəs, Qarabağda müharibə başlasa, Türkiyə və Azərbaycanın birləşmiş orduları savaşa girsələr, onlar haraya qədər getsinlər?

Dağlıq Qarabağı, Xankəndini geri almaqla kifayətlənək, yoxsa, əzəli torpaqlarımız olan Göyçə, Zəngəzur, İrəvan, Mehrini də geri qaytaraq?

Musavat.com-un əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirərək sadə vətəndaşlarımızın bu məsələ ilə bağlı fikirlərini öyrəniblər:

Videosorğunu təqdim edirik: