“Ermənilərin etdikləri vasitəçiləri şoka salıb“ – MÜDAFİƏ NAZİRLİYİ

    6

    Müdafiə Nazirliyi qeyd edib ki, digər bir məqam isə beynəlxalq vasitəçilərin müraciətinə anlayışla yanaşan Azərbaycan tərəfinin, ermənilərin öz meyitlərini axtararaq çıxarmaları üçün onlara ideal şəraitin yaradılması məsələsidir: “Ancaq buna baxmayaraq, hər cür şəraitin yaradılmasına rəğmən, tərəfimizdən müşahidə edilib ki, düşmən tərəfi döyüşdə ölən əsgər və zabitlərinin cəsədlərinin toplanmasında heç də fəallıq göstərmir, bu məsləyə biganə, laqeyd yanaşır, hərbi qulluqçuların nəşinin valideynlərinə çatdırılmasında maraqlı olmadıqlarını sübut edirlər. Ehtimal ki, hələ də döyüş meydanında qalan erməni meyitləri Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmış və ya dünyanın digər qaynar nöqtələrindən könüllü adı ilə cəlb edilmiş terrorçuların cəsədləridir”.