Qarabağdakı əməliyyatlar haqda NATO bilgiləndirildi

    9

    Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov NATO-ya üzv dövlətlərin nümayəndələrinə aprel ayının ilk günlərində qoşunların təmas xəttində yerləşən Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin həyata keçirdiyi təxribat fəaliyyətləri, onların qarşısının alınması, o cümlədən mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri barədə geniş məlumat verib.