Müdafiə Nazirliyindən vətəndaşlara xəbərdarlıq: “HƏRBİ MƏLUMATLARI YAYMAYIN…”

237

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində 2020-ci il iyulun 13-nə keçən gecədən Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması Azərbaycan mediasına, ümumən ölkəmizin informasiya məkanına təsirsiz ötüşməyib. Hurriyyet.org xəbər verir ki bu baxımdan Müdafiə Nazirliyi bu tip məlumatların yayılmasıyla bağlı xəbərdaredici məlumat yayıb:

Cəbhə bölgəsinə gətirilən hərbi texnik və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmayın.

Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın.

Azərbaycanın hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmalarını paylaşmayın.

Şəhid və yaralılar barədə dəqiq olmayan informasiyanı yaymayın.

Döyüşlər zamanı telefon və yaxud digər texnika ilə çəkdiyiniz videoları sosial şəbəkələrdə paylaşmayın.

Sərhəd bölgəsində olan strateji yerlərdə texnika və yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın.

Hurriyyet.org