Müdafiə Nazirliyindən Ağdərə ilə bağlı yeni məlumat: düşmən ağır zərbə aldı

189

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə Hurriyyet.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.