Müdafiə Nazirliyi: “Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib”

60

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

Müdafiə Nazirliyindən Hurriyyet.org-a verilən məlumata görə, atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.