Mübahisəli sularda böhran – Çin hərbçiləri Vyetnamın balıqçı gəmisini batırdı

57

Hurriyyet.org xəbər verir ki, bir çox ölkənin sahiblik hüququ iddia elədiyi Cənubi Çin dənizində son dövrlərdə artan gərginlik Vyetnama məxsus bir balıqçı gəmisinin Parasel adaları yaxınlığında  Çinə məxsus iki hərbi gəmi tərəfindən batırılması ilə nəticələnib.

Vyetanım Xarici İşlər Nazirliyi balıqçı gəmisinin batırılması ilə əlaqədar Çin dövlətindən istintaq başladılmasını  tələb edib.

Mütəxəssislər həm region ölkələrinin, həm də qlobal qüvvələrin diqqətinin koronavirusla mübarizəyə cəmləndiyi dövrü fürsət hesab edən Çinin Cənubi Çin dənizində fəallaşdığını bildirirlər.

Çin 1947-ci ildə xəritə dərc edərək, Parasel adaları da daxil olmaqla, Cənubi Çin dənizinin 80%-nə qədər ərazisinə haqqı olduğunu iddia edir. Digər tərəfdən isə, başda Vyetnam və Filippinlər olmaqla, Bruney və Malayziya da ərazi iddiaları irəli sürürlər.

Hurriyyet.org