Muarrem Bayrami: “Bakıda baş verənlərdən sonra qələbə xoş qarşılanır”

39

“Qələbə və üç xal üçün çox şadam. Düşünürəm ki, buna layiq idik”. 

“Report” xəbər verir ki, bu fikirləri Şimali Makedoniya təmsilçisi “Şkupi”nin baş məşqçisi Muarrem Bayrami çempionatın 4-cü turunda “Pelister”i evdə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra yerli mətbuata açıqlamasında deyib.

35 yaşlı mütəxəssis hər matçda daha yaxşı çıxış etdiklərini söyləyib.

O, Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”yə uduzduqları matçı da xatırlayıb:

“Bakıda baş verənlərdən sonra bugünkü qələbə xoş qarşılanır. “Pelister”ə böyük hesabla qalib gələ bilərdik, matçda üstün idik və penaltini də qaçırdıq. Hələ ki, komandadan razıyam. 12 mümkün xaldan 10-unu qazandıq”.

Qeyd edək ki, “Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində “Şkupi”ni 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Bu gün paytaxt təmsilçisinin II təsnifat mərhələsində rəqibi bəlli olacaq.