“MTX direktoru olaraq rəsmi olaraq Paşinyan və Azərbaycan Prezidentinin operativ əlaqəsini təmin etmişəm” – Vanetsyan

660

“Mən bu suala aydın şəkildə cavab verməyəcəm, çünki MTX direktoru vəzifəsini tutduğum vaxt alınmış məlumatları ictimailəşdirməyi düzgün hesab etmirəm, ümumiyyətlə mənə məlum olan məlumatları nə zaman, hansı həcmdə və hansı şərtlərdə ictimailəşdirəcəyimə qərar verəcəm”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyanın “Dubay şəhərində MTX direktoru Artur Vanetsyan Azərbaycan rəsmisindən bağlı zərf alıb, onu Nikol Paşinyana ötürüb” bəyanatına toxunarkən deyib.

“MTX direktoru olaraq rəsmi olaraq Nikol Paşinyan və Azərbaycan Prezidentinin operativ əlaqəsini təmin etmişəm, bu barədə dəfələrlə danışılıb, Dubay da daxil olmaqla görüşlər olub”, – deyə o qeyd edib.