MTK SƏDRİ JURNALİSTİN AİLƏSİNİ İŞIQSIZ QOYUB – II HİSSƏ

    3

    Halbuki MTK-lar binanı tikib təhvil verəndən 1 ay sonra oranı tərk etməlidirlər

    2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 141-ci maddəsinin 3-cü bəndinə görə, çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilməsi məcburi olsa da, bu gün də çoxmənzilli yeni binaları MTK-lar idarə edirlər və eyni zamanda özbaşınalıq edirlər. Həzi Aslanov metrosundan 150-200 metr aralıda yerləşən “Babək İnşaat” MTK-ya məxsus bina 32, mənzil 3-də yaşayan bu sətirlərin müəllifi də 18.05.2018-ci il tarixində belə özbaşnalıqla üzləşib.

    Çoxmənzilli yeni binlarda aşağı mərtəbə sakinləri niyə lift üçün pul ödəməlidirlər?

    MTK-ların 1 kv üçün müəyyən etdiyi tariflərə gəlincə, MTK-sədlərinin, o cümlədən mənim mənzilimin qanunsuz işığını kəsməyi göstəriş verən Hacı Kamalın nəzərinə çatdırıram ki, Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı qərarına əsasən, kommunal xidmətlər liftə görə hər adambaşına ay ərzində 20 qəpik, zibil və tullantıların daşınmasına görə, hər ay adambaşına 15 qəpik müəyyənləşdirilib. Siz MTK sədrləri isə fəqrli tarif müəyyən edirsiniz, kiminiz 1 kv üçün 30 qəpik, kiminiz 50 qəpik müəyyən edirsiniz. Hətta şəhərin mərkəzində 1kv üçün 1 manat nəzərdə tutulduğunu deyənlər var. Aşağı mərtələrlə yuxarı mərtbələrin liftdən istifadə edib-etməməsini isə qətiyyən nəzər almırsınız. Yuxarıda da qeyd etdiyim kimi, çoxmənzili köhnə bilnalarda 3-cü mərtəbə də daxil olmaqla lift üçün pul nəzərdə tutulmayıb. Maraqlıdır ki, çoxmənzilli yeni binlarda aşağı mərtəbə sakinləri niyə lift üçün pul ödəməlidirlər?

    MTK-ların qanunsuz fəaliyyətinə qon qoyulması üçün müvafiq icra strukturları tədbirlər görməlidirlər

    Yergəlmikən, çoxmənzilli yeni binalarda da 3-cü mərtəbəyə qədər lift üçün pul ödənilməsinin doğru olmadığı barədə səhv etmirəmsə, ötən il deputat Zahid Oruc da Milli Məclisdə çıxış etmişdi. Amma göründüyü ki, bu fikilər heç bir MTK sədrinin vecinə deyil. MTK-ların özbaşnalığını nəzərə alıb, “Hüriyyət” qəzeti vasitəsilə Milli Məclis üzvlərinə səslənirəm və xahiş edirəm MTK-ların özbaşnalığına son qoyulması üçün hüquq çərçivəsində addımlar atsınlar. Çünki MTK-ların özbaşnalığından məni kimi minlərlə insan əziyyət çəkir. Göründüyü kimi, Mili Məclisin qəbul etdiyi “Mənzil Məcəlləsi” və Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı qərarı da MTK-lar üçün heç bir əhəmiyyət daşımır. Ona görə də MTK-ların qanunsuz fəaliyyətinə qon qoyulması üçün müvafiq icra strukturları tədbirlər görməlidirlər. Çünki sakinlərin də MTK-ların fəaliyyətini durdurmağa gücü yetmir. Pulun gücü hər bir idardə onların sözünü deməyə şərait yaradır.

    Onu da qeyd edim ki, mənə qarşı olan bu haqsızlıqdan sonra, 19 may günorta saatlarında “Babək İnşaat” MTK-nın xanım işçısi mən işdə olan zaman evə gəlib, yoldaşımın pasportunu və bizim nihag kağızımızı istəyib. Axı, ay xanım, sənə bu səlahiyyəti kim verib ki, mənim evimdə araşdırma aparırsan? Sənin xəbərin varmı ki, bu məhkəmə predmetidir? Heç bir səlahiyyəti olmayan bu xanımın gəlib mənim həyat yoldaşımdan pasport və nigah kağızını istəməsi çox güman ki, məni nəyə görəsə hədəfə gətirmək məqsədi daşıyır. Görünür ki, mən artıq onlarla yeni müqaviləni bağlamıram deyə məni böhtan və yaxud şantaj etmək niyyətləri ola bilər. Hətta bu gün mənə informasiya veriblər ki, səni 4-5 qonşunun şahidliyi ilə polisə veriblər. Bu məlumat nə dərəcədə doğrudur, bilmirəm, amma bilin ki, “haqq nazilər üzülməz”. Mənim məqsədim də nə sizə, nə də kiməsə pislik deyil. Sadəcə olaraq mən öz haqqımı və məni kimi təhdidlərə, təzyiqlərə məruz qalan çoxmənzilli yeni sakinlərinin haqqını tələb edirəm. Bundan sonra, istifadə etmədiyim lift pulunu da verəsi deyiləm. Biləsiniz ki, mənim əlimdə pislik etmək üçün faktlar olsa belə, mən bunu etmirəm. Çünki pislik mənim xislətimdə deyil. Ancaq bağlamaq istədiyiniz yeni müqavilənin şərtlərində aşağı mərtəblərin lift istifadə etmədiyni nəzərə alıb, düzgün tarif müəyyənləşdirin, o zaman həm də haqq yerini tapmış olar. Çox güman ki, həccə getmiş şəxs kimi Hacı Kamal bir ailənin haqsız olaraq 1 sutka işıqsız qoymağın mənəvi bədəlini anlayar. Bu həm də müqəddəs Ramazan ayında baş verib.

    Məsələ ilə bağlı İqtisadiyyat Nazirliynin Kommunal Sektor müdiri Anar Həsənli Hurriyyet.org-a bildirdi ki, qanunvericiliyə əsasən, rayon eneji təchizatı müəssəsi ilə fərdi qaydada müqaviləniz varsa, o zaman sizin enerji təchizatınızı yalnız müəssisə tərəfindən qanunla müəyyən edilmiş hallarda dayandıra bilər: “Qanunvericlikdə bu sahədə istehlakçı hüququları ilə bağlı Energetika Nazirliyinin tabeliyində Eneji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. Bu sahədə artıq istehlakçı hüquqları həmin qurumun səlahiyyətlərinə aid edilib. Bununla bağlı ya inzibati qaydada həmin quruma müraciət etməyinizi tövsiyyə edirəm və yaxud məhkəmə qaydasında öz istehlakçı hüquqlarınızın qorunmasını təmin edə bilərsiniz”.

    “Bəs, sizin də istehlakçıların hüquqlarını qorumaq səlahiyyətiniz var” dedikdə isə nazirliyin sözçüsü dedi ki, baxır, istehlakçı konkret hansı sahələrdir. Əvvəl nazirliyin tabeliyində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Dövlət Xidməti var idi. Amma artıq həmin qurum da İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxardılıb, ayrıca bir mərkəzi icra orqanı statusunda agentliyə çevrilib. Digət tərəfdən də qeyd etdiyimi kimi, ölkə prezidentinin 1750 nömrəli fərmanı ilə Energtika Nazirliynin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb, istər elektrik enerjisi, istərsə istilik enejisi olsun bu sahələrdə olan istehlakçı hüquqları da “İstehlakçı Hüququları haqqında” qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək həmin qurumun səlahiyyətlərinə aid edilib”.

    A.Həsənli vurğuladı ki, MTK-nın heç bir səlahiyəti çatmır ki, enerji borcunuz olmadığı halda, sizin mənzilin enerji təchizatını dayandırsın: ““Elektronergtika haqqında” Azərbaycan Respublikasının qanunu var. Siz istehlakçısınızsa, qeyd etdiyim kimi təchizatı dayandırmaq yalnız qanunla müəyyən edilmiş qaydada eneji təchizat müəssisənin səlayyətinə aiddir. Siz enerji təchizatı üzrə rayon bölməsindən razı deyilsinizsə, onların da yuxarı qurumu var, Cəmiyyətin özünə də birbaşa müraciət edə bilərsiniz”.

    A.Həsənlinin tövsiyyəsini nəzərə alıb, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə məxsus telefon nömrələri ilə əlaqə saxladıq. Təəssüf ki, telefonları daima məşğul idi.

    Şamo EMİN, Hurriyyet.org