MSK 9 məntəqənin nəticələrini etibarsız saydı

3

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd İbrahimov Əflan Həsən oğlunun müraciətinə baxılıb.

Hurriyyet.org xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 9 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib./azvision.az/