MSK-ya, AZƏRTAC-a, yoxsa “AZƏRBAYCAN”-A İNANAQ?

6

təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə (KM) təqdim edib.

Etikxeber.az-ın xəbərinə görə, MSK-nın KM-ə təqdim etdiyi protokol əksər kütləvi indormasiya vasitələrində (KİV), o cümlədən, AZƏRTAC və “Azərbaycan” qəzetlərində dərc olunub.

Ancaq çox maraqldır ki, AZƏRTAC-la “Azərbaycan” qəzetlərində fərqlilik var.

Belə ki, AZƏRTAC-da dərc olunan protokolda 121 Dairənin və onların lider-qalib namizədlərinin adları qeyd olunsa da, ancaq “Azərbaycan”qəzetində 120 Dairənin, onların lider-qalib namizədlərinin adları yer alıb.

Yəni, “Azərbaycan” qəzetində nəticələri ləğv edilmiş 4 Dairə-33, 35, 74 və 80 saylı dairələr ilə yanaşı, 64 saylı Sabirabad ikinci Seçki Dairəsi və onun qalib namizədinin adı da yer almayıb.

Qeyd edək ki, həmin dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) gənc və tanınmış simalarından olan-partiyanın Gənclər Birliyinin (GB) sədr müavini Ramin Məmmədov lider-qalib namizəd kimi tanınıb.

Bu baxımdan, MM-in orqanı olan “Azərbaycan” qəzetinin belə bir xətaya yol verməsi çox təəccüblüdür.

Çox güman ki, qəzetin rəhbərliyi, o cümlədən, 5-ci dəfə seçkilərin qalibi olan baş redaktor Bəxtiyar Sadıqov bu məsələyə-xətaya aydınlıq gətirəcək.

https://azertag.az/store/files/2020/fevral/26/01_PR_MSK_MM_2020_chap_son.pdf

MSK-ya, AZƏRTAC-a, yoxsa, “AZƏRBAYCAN”-A İNANAQ?