Əmrində çalışdığı şəxs(lər)dən “FAS” komandası alan kimi Sərdar Cəlaloğluna hücum çəkənlər…

    33

    ADP sədri Azərbaycanda inqilabın yox, siyasi dialoq yolu ilə cəmiyyətin vətəndaş qarşıdurmasından yan keçməsinin tərəfdarıdır

    Qüdrət Həsənquliyev, Aynur Camalqızı və Mir Şahin kimə və nə üçün QULluq edir?

    Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu sentyabrın 11-də "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı" mövzusunda keçirilən dəyirmi masada səsləndirdiyi fikirlərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəstəyilə mandat qazanan, nəyin bahasına olursa-olsun Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən, adıçəkilən nazirin media imperiyasına nəzarəti həyata keçirən BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Məclisin sabiq üzvü, vaxtilə yazıları ilə iqtidarda təmsil olunan şəxslərin şərəf və ləyaqətinə toxunan, "Heydər Əliyevin ölüm xəbərini kim mənə gətirsə yeganə qiymətli əşyamı – nişan üzüyümü ona hədiyyə edəcəm" deyən "Teleqraf" Media Qrupunun rəhbəri, bu yaxınlarda isə adının qarşısına "politoloq" sözünü yamayan Aynur Camalqızının, o cümlədən mərhum akademik Cəlal Əliyevin "mandaloşka" və "mirfahişə" kimi "imnavat" etdiyi Real TV-nin rəhbəri Mir Şahin Ağayevin əsassız tənqidlərinə, hətta təhqirlərinə belə, məruz qalıb. Bu zavallılar iddia edirlər ki, guya Sərdar bəy vətəndaşların "üsyan hüququ"nun olduğunu dilə gətirməklə, ölkədə inqilabın tərəfdarı kimi çıxış edir. Halbuki bu, kökündən yanlışdır.

    "Kamal bulağı"ndan su içən Qüdrət Həsənquliyev və Aynur Camalqızı, eyni "mandaloşka" qələbiylə tanınan Mir Şahin ADP sədri barəsində ağızlarına gələni danışır

    Картинки по запросу Mir Şahin

    Nəzərinizə çatdıraq ki, ADP sədri az qala verdiyi hər müsahibə və açıqlamada birmənalı şəkildə Azərbaycanda inqilab tərəfdarı olmadığını bəyan edir. Belə ki, iqtidarda və müxalifətdə xarici güclərə işləyən qüvvələrin olduğunu, bu gün məmurların arasında belə, ölkənin sabahı ilə bağlı çox böyük narahatlığın meydana gəldiyini vurğulayan prezidentliyə keçmiş namizəd bir neçə dəfə bildirib ki, hakimiyyətin atdığı addımlar sosial narazılığın qarşısını almağa yetərli olmayacaq. Onun fikrincə, siyasi dialoq cəmiyyətləri inqilablardan, vətəndaş qarşıdurmasından yan keçirmək üçün xüsusi önəm daşıyır. Sərdar bəyin qənaətincə, xalq iqtidarın bütün yolları bağladığına görə, bir yol görür ki, o da inqilabdır. Bu baxımdan, Azərbaycanın gələcəyi ilə bağlı həddən artıq narahat olduğunu vurğulayan ADP sədri dəfələrlə inqilab tərəfdarı olanları siyasi avantürist hesab etdiyini qeyd edib. "Kamal bulağı"ndan su içən Qüdrət Həsənquliyev və Aynur Camalqızı, eyni zamanda media cəmaəsində "mandaloşka" qələbiylə tanınan Mir Şahin isə ağına-bozuna baxmadan, ADP sədri barəsində ağızlarına gələni danışırlar. Söz yox ki, bu cür əməlləri onların hansı yuvanın QUŞu olduqlarını, hansı mədəniyyət yiyəsi olduqlarını, bir sözlə, əsl mahiyyətlərini bir daha ortaya qoyur…

    Əgər Qüdrət Həsənquliyev kiməsə "şərəfsiz", "alçaq", "əclaf", "qumarbaz" və " əyyaş" deməyi təhqir yox, sərt ritorika sayırsa, onda nə zamansa ona qarşı bu cür sərt ritorikadan istifadə olunduqda, gərəkdir ki, Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsilə məhkəməyə müraciət etməsin

    Картинки по запросу qüdrət həsənquliyev

    Beləliklə, ciddi-cəhdlə "politoloq"u müdafiə etməyən çalışan Qüdrət Həsənquliyev deyir: "Aynur Camalqızı çox gənc idi, sərt müxalif mövqedə olan qəzetdə çalışırdı, siyasi mənsubiyyəti vardı və sərt ritorikadan da istifadə etmişdi. Unutmayın ki, həmin dövrün siyasi ritorikası da o formada idi və o vaxt ölkəmizdə siyasi mədəni mühit indiki kimi inkişaf etməmişdi. Ancaq Aynur Camalqızı qısa zaman kəsiyindən sonra birgə addımladığı siyasi düşərgədəki birilərinin mahiyyətini anladı və həmin yazılarından imtina etdi, sərt ritorikaya görə oxucularından və yazıların ünvanlandığı şəxslərdən üzr istədi". Qüdrət Həsənquliyevin diqqətinə çatdırmaq istərdik ki, Aynur Camalqızının barəsində danışılan yazıları sərt ritorika yox, birbaşa, açıq-aşkar şəkildə təhqir idi. Yox, əgər deputat kiməsə "şərəfsiz", "alçaq", "əclaf", "qumarbaz" və " əyyaş" deməyi təhqir yox, sərt ritorika sayırsa, onda nə zamansa ona qarşı bu cür sərt ritorikadan istifadə olunduqda, gərəkdir ki, Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsilə məhkəməyə müraciət etməsin.

    Aynur Camalqızı görəsən, nə zamansa aynanın qarşısına keçib özünə "Niyə belə oldu ki, dünən söydüklərimə bu gün QULluq edirəm", deyə sual verib?

    Картинки по запросу Aynur Camalqızı

    Sərdar Cəlaloğlunu özünə kənardan baxmağı bacarmamaqda ittiham edən Aynur Camalqızı görəsən, nə zamansa aynanın qarşısına keçib özünə "Niyə belə oldu ki, dünən söydüklərimə bu gün QULluq edirəm", deyə sual verib?.. Bəli, keçmişdən qaşmaq olmur. Çünki o adamı qarbaqara izləyir. Odur ki, Aynur xanım, imkan düşən kimi kənardan özünüzə bir baxın və ətrafdakıların sizə baxışlarına diqqət yetirin. Yəqin ki, o zaman hardan hara, necə, daha doğrusu, nələrdən imtina edərək, nələri qurban verərək gəldiyinizi xatırlayarsınız.

    Yazının əvvəlində də qeyd etdiyimiz kimi, əmrində çalışdığı şəxs(lər)dən bir "FAS" komandası alan kimi Sərdar Cəlaloğluna hücum çəkən bu zavallılar hələ də dərk etmirlər ki, ADP sədri üsyana çağırış etmir, radikallığa bəraət qazandırmır. Əksinə, o, hakimiyyətə xəbərdarlıq edir ki, ölkədəki ağır sosial-iqtisadi durum, məmur özbaşınalığı, rüşvət və korrupsiya, təhsil, səhiyyə və məhkəmə sistemindəki, o cümlədən digər sahələrdəki neqativ hallar aradan qaldırılmasa, iqtidar və müxalifət daxilində xarici güclərə işləyən qüvvələr, əsasən də Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən və Kremlin diqtəsilə oturub-duran şəxslər zərərsizləşdirilməsə, o zaman ölkədə üsyan təhlükəsi aktuallaşa bilər. Sərdar bəy, bəyan edib ki, məhz bu halda vətəndaşların üsyan etmək hüququ var. Nəzərinizə çatdıraq ki, 2011-ci ildə "Azadlıq Radiosu"nun "İşdən sonra" proqramında çıxış edən prezidentin sabiq köməkçisi, "Azərbaycan naminə" İctimai Forumun rəhbəri Eldar Namazov da bildirib ki, üsyan vətəndaşların mənəvi hüququdur: "Hansı ölkədə hakimiyyət vətəndaşların hüquqlarını pozursa, korrupsiya ilə məşğul olursa, həmin ölkədə hər bir vətəndaşın üsyan, inqilab edib hakimiyyəti dəyişmək hüququ var. Mənəvi hüququ var. Hətta bəzi ölkələrdə bu konstitusiyada da yazılıb".

    Üsyan etmək hüququ ilə bağlı dünya təcrübəsindən və elmi yazılardan nümunələr…

    Yazının məhz bu yerində istərdik ki, üsyan etmək hüququ ilə bağlı dünya təcrübəsinə və bir sıra elmi yazılara nəzər salaq. Beləliklə, üsyan etmək hüququ siyasi fəlsəfədə zülmə qarşı durmaq hüququ, inqilab hüququ, vətəndaşların hər hansı bir vasitə ilə, silahlı mübarizə daxil olmaqla, hüquq və azadlıqlarını qəsb edənlərdən qorumaq hüququ olaraq da bilinir. Qeyd edək ki, ingiliz din adamı, yazar və diplomat İohan Solsberiyski öz əsərində yazırdı: "Bir tiranı öldürmək nəinki qanuni, həm də haqlı və ədalətli bir şeydir". Təbii hüquq nəzəriyyəsinin ilk görkəmli nümayəndəsi, Niderland Burjua İnqilabının ideoloqu, hüquqşunas, siyasi filosof və dövlət xadimi, beynəlxalq hüququn atası hesab olunan Hüqo Qrotsi isə deyirdi ki, özəl və dövlət məmurları ali hakimiyyətin sahibinə qarşı üsyan etməməlidirlər, lakin bəzi hallarda bu cür hərəkətlərin qanuni olmasına icazə veriblər.

    Məlumat üçün bildirək ki, ilk dəfə müqavimət hüququ 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqres tərəfindən qəbul edilmiş ABŞ İstiqlal Bəyannaməsində yazılı şəkildə qeyd edilib. Bu sənədin giriş hissəsində deyilir: "Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir. Onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur. Odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzində isə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir. Çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd – xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur". Bundan başqa, Fransanın 1789-cu ildə qəbul edilmiş İnsan və vətəndaş hüquq və azadlıqları Bəyannaməsinin 2-ci maddəsi azadlığa, mülkiyyətə və təhlükəsizliklə yanaşı, təbii və ayrılmaz insan hüquqlarından biri kimi zülmə qarşı müqavimət hüququnu da göstərir. Üstəlik, Bəyannamə 1793-cü ildə aşağıdakılarla birlikdə, genişləndirildi: Xalqa məxsus suverenliyi mənimsəyən hər kəs azad vətəndaşlar tərəfindən dərhal öldürülməlidir; Zülmlərə qarşı müqavimət digər insan hüquqlarının nəticəsidir; Cəmiyyətin hər hansı bir üzvünə edilən zülm bütöv bir cəmiyyətə edilən zülm deməkdir; Hökumət insanların hüquqlarını pozduqda, xalq və onların hər bir hissəsi üçün üsyan etmək onların müqəddəs haqqı və ən vacib vəzifəsidir.

    Onu da qeyd edək ki, Polşa Krallığı və Reç Pospolitada (Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət-red.) müqavimət hüququ, uyğunsuzluq halında qəbilə hüquqlarını və imtiyazlarını qorumaq məqsədi ilə qəbilənin imtiyazlarından biri idi. Bundan tez-tez padşaha təzyiq göstərmək üçün istifadə olunurdu. Xüsusilə, bu hüquqa arxalanaraq qəbilələr Polşa knyazı I Kazimiri və II Cəsur Boleslavı qovdular. Ancaq bu hüquqdan istifadə kralın silahlı qələbəsi halında üsyan hesab edilə bilər.

    Bu arada, onu da vurğulamaq lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin preambulasında deyilir ki, bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq; və insan hüquqlarına qarşı biganəlik və hörmətsizliyin bəşəriyyətin vicdanını hiddət­ləndirən vəhşilik hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azad­lığına malik olacağı, qorxu və ehtiyacdan qurtulacağı bir dünya qurulmasının insanların yüksək amalı elan olunduğunu nəzərə alaraq; və insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq; və xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq; və Birləşmiş Millətlərin xalqlarının BMT-nin Xartiyasında insanın əsas hüquqlarına, şəxsiyyətin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq; və üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət edilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq; vəbu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin həmin öhdəliyin tam yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Baş Assambleya Ümumdünya İnsan Hüquqları Bəyannaməsini elə bir vəzifə kimi bəyan edir ki, onun yerinə yetirilməsinə bütün xalqlar və dövlətlər səy göstərir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı bu Bəyannaməni daim nəzərdə tutaraq maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə milli və beynəlxalq mütərəqqi tədbirlər, onların istər təşkilatın üzv-dövlətlərinin xalqları arasında, istərsə də onların yurisdiksiyasındakı ərazilərin xalqları arasında hamılıqla səmərəli tanınması və həyata keçirilməsi yolu ilə çalışsınlar.

    Bundan başqa, müasir demokratik ölkələrin əksəriyyətinin konstitusiyalarında elan edilir ki, dövlətdə hakimiyyətin yeganə mənbəyi, dövlətdəki yeganə güc mənbəyi xalqdır və buna görə də hakimiyyətin qəsb edilməsinə və ya onun sui-istifadə edilməsinə qarşı çıxmaq hüququna malikdir. Bəlkə də buna görə müqavimət hüququ əksər müasir konstitusiyalarda xüsusi fiksasiya tapmır. Digər bir səbəb o ola bilər ki, mövcud hökumət müqavimət hüququnun bəzi hüquq və azadlıqları pozduğunu əsas gətirərək, siyasi ekstremistlərin hakimiyyəti zorla ələ keçirmə cəhdləri təhlükəsindən qanuni olaraq ayırmaq çox çətindir. Buna baxmayaraq, bir sıra müasir demokratik konstitusiyalarda müqavimət göstərmək hüququ qorunur. Məsələn, Almaniyanın Əsas Qanununun 20-ci maddəsi bunları elan edilir: "Almaniya Federativ Respublikası demokratik və sosial bir federal dövlətdir. Bu sistemi aradan qaldırmağa çalışan hər bir alman, digər vasitələrdən istifadə edilə bilməyəcəyi təqdirdə müqavimət göstərmək hüququna sahibdir". Fransanın 1789-cu ildə qəbul edilmiş İnsan və vətəndaş hüquq və azadlıqları Bəyannaməsindən də aydın olur ki, açıq şəkildə göstərilən zülmə müqavimət hüququ Fransa vətəndaşlarına məxsus əsas hüquqlardan biridir. Qeyd edək ki, 16 iyul 1971-ci ildə Fransa Konstitusiya Şurası Bəyannaməni qanuni məcburi, eyni zamanda pozuntusu konstitusiyaya zidd olan sənəd kimi tanıyıb.

    Xülasə, gördüyünüz kimi, dünya təcrübəsi, elmi yazılar, o cümlədən bir sıra beynəlxalq qanunlar da deyir ki, vətəndaşın üsyan etmək hüququ var. Lakin buna rəğmən, ADP sədri yenə də Azərbaycanda inqilab tərəfdarı deyil. Sərdar Cəlaloğlu sadəcə, siyasi dialoq yolu ilə cəmiyyətin inqilablardan, vətəndaş qarşıdurmasından yan keçməsini arzulayır.

    "Hürriyyət"