Mövlud Çavuşoğlu: “”Oruc Rəis” gəmisi tədarük və texniki xidmət üçün limana geri dönüb”

51

Türkiyə Şərqi Aralıq dənizində geri addım atmadı. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə açıqlamasında deyib. “Oruc Rəis” gəmisi tədarük və texniki xidmət üçün limana geri dönüb. Gəmi texniki xidmətdə olduğu üçün Aralıq dənizində tədqiqatlar aparmaqla bağlı NAVTEX vasitəsilə elan verilmədi. Bu, geri addım kimi qəbul edildi. Amma doğru deyil. Cümhuriyyət Xalq Partiyasının (CHP) dəqiqləşdirmədən “geri addım” deməsi isə daxili siyasətlə bağlıdır”, – XİN rəhbəri bildirib.

Qeyd edək ki, “Oruc Rəis” gəmisi texniki baxış və heyətin dəyişdirilməsi üçün Antalyaya geri dönüb. Bunu isə CHP və Yunanıstan Türkiyənin geri addım atması kimi dəyərləndirib.