MOSSADDAN TARİXİ İRAN ETİRAFI: “MÜHARİBƏ ƏMRİ VERİLMİŞDİ”

    6

    Netanyahu 2011-ci ildə İrana qarşı müharibə eləməyi planlaşdırıbmış

    Hurriyyet.org xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun 2011-ci ildə İrana qarşı müharibə eləmək üçün orduya əmr verdiyi bəlli olub.

    İsrailin Mossad kəşfiyyat təşkilatının keçmiş rəhbəri Tamir Pardo yerli televiziyaya müsahibə verərkən baş nazir Netanyahunun 2011-ci ildə 15 gün içərisində İrana qarşı müharibəyə başlamaq üçün orduya əmr verdiyini deyib.

    Netanyahunun müharibə əmrinin təlim məqsədli olmadığını bildirən Pardo, bu qərarın İranla müharibə eləmək və ya İran məsələsində ABŞ-a təzyiq göstərmək üçün verildiyinə inandığını bildirib. Müharibə əmrini aldıqdan sonra istefa vermək fikrinə düşdüyünü bildirən Pardo, əmrin niyə yerinə yetirilməməsi ilə bağlı məlumat verməyib.

    Keçmiş baş nazir və 2011-ci ildəki Netanyahu hökümıtində müdafiə naziri olmuş Ehud Barak da, Benyamin Netanyahunun 2010 və 2011-ci ildə İranı bombalamak istediyini, ancaq israilli yüksək vəzifəli rəhbərlərin bu plana qarşı çıxdığını dilə gətirmişdi.

    Hurriyyet.org