MOSSAD TƏRƏFİNDƏN ƏLƏ KEÇİRİLDİ! – “Tayms” qəzeti xəbər verdi

    6

    Hurriyyet.org xəbər verir ki, “Tayms” qəzeti İsrailin İranın “nüvə silahları sənədləri”ni avropalılara verəcəyini bildirib.

    İngilis qəzeti bu gün manşet xəbərində 100 min sənədin İsrailin Mossad məxfi xidmət təşkilatı tərəfindən Tehrandakı bir anbarda ələ keçirildiyini xəbər verib. Qəzet İsrailin İranın nüvə silahı hazırlamaq qərarının qəti olduğunu göstərən məxfi sənədləri İngiltərə və Avropanın digər ölkələrindəki müttəfiqləri ilə paylaşaraq, Tehranla bağlanan nüvə müqaviləsindən imtina eləməsi üçün təzyiqi artıracağını yazıb.

    Hurriyyet.org