MOSSAD-dan açıqlama: “İlin axırına kimi Səudiyyə Ərəbistanı İsraillə barışacaq”

81

Hurriyyet.org xəbər verir ki, İsrailin MOSSAD kəşfiyyat xidmətinin başçısı Yossi Kohen BƏƏ və Bəhreyndən sonra Səudiyyə Ərəbistanının da İsrail ilə razılaşmasının tezliklə baş tutacağını iddia edib.

“Anadolu Agentliyi”nin yazdığına görə, Körfəz ölkələri ilə münasibətlərdə İsrailin gizli nümayəndəsi hesab edilən Yossi Kohen Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla görüşdüyü barəsində suala cavab verməyərək, bu barədə heç nə deməyəcəyini bildirib.

İsrail ilə Səudiyyə Ərəbistanı arasında razılaşmanın zaman məsələsi olduğunu vurğulayan Kohen deyib: “Bunun mümkün olduğuna qəti əminəm. Normallaşdırma razılaşması bu ilin ərzində əldə edilə bilər”.