Moskvanın mərəzində yerləşən “Panorama” biznes mərkəzində partlayış baş verib.
TASS məlumat yayıb.
“Partlayış qazanxanada baş verib. Partlayışdan sonra baş verən yanğın söndürülüb. Partlayış nəticəsində şüşələr sınıb, daxili arakəsmələr zədələnib”, – məlumatda qeyd olunub.
Xəsarət alanlar barədə məlumat verilməyib.
***
Partlayışın baş verdiyi ticarət mərkəzindən görüntülər yayılıb.
8-ci mərtəbədə pəncərə çərçivələrinin, şüşələrin tamamən sındığı və küçədə park edilmiş avtomobillərin zərər gördüyü videodan anlaşılır. \\Axar