Moskvanın Bakıya təzyiq rıçaqı kimi növbəti addımı nə ola bilər? – MƏŞHUR POLİTOLOQ POL QOBLDAN AÇIQLAMA

258

Kremlin milli mənsubiyyətcə ləzgi Melikovu Dağıstanın başçısı təyin etməsi bu çoxmillətli respublikadakı etnik münasibətləri tarazlaşdırmağa hesablanmayıb. Əksinə, bu Moskvanı Azərbaycan daxilində ləzgi məsələsini “qurdalamaq” və bunu Bakıya təzyiq aləti kimi  istifadə etmək üçün hazırlanmış addım ola bilər.

Sergey Melikov iki həftə əvvəl Dağıstanın rəhbəri vəzifəsinə təyin edildikdə, onun daxili qoşun  generalı, etnik ləzgi və ya Putinin köhnə dostu kimi davranacağı bəlli deyildi (windowoneurasia2.blogspot.com/2020/10/ will-new-man-in-daghestan-act-act-mvd.html).

Dağıstan respublikasının qeyri-sabit xarakteri, hərbi təcrübəsi, şübhəsiz ki, Moskva tərəfindən istifadə edilə bilər; etnik tərkib cəhətdən ləzgilərin Dağıstandakı dördüncü böyük millət olduqlarını və son 100 il ərzində heç bir ləzginin Dağıstana başçılıq etmədiyini nəzərə alsaq bu etnik mənsubiyyət Mahaçqaladakı etnik tərkibin tarazlığını bərpa etdi. Ancaq Putinlə dostluq və Putinin problemlərə getdikcə daha qısa müddət çərçivəsində yanaşması, Melikovun seçilməsinin Kremlin liderinin Azərbaycanda ləzgi kartını oynamaq niyyətindən xəbər verə bilər.

“Versiya” portalının redaktorları bildirirlər ki, Moskvanın vəziyyətə təsir rıçaqlarını zəifləyib və Kreml öz maraqlarına uyğun planları həyata keçirmək üçün keçmiş Sovet respublikalarında etnik azlıqlardan istifadə etmək ənənəsindən yararlana bilər(versia.ru / kreml-xochet-davit-na-azerbajdzhan-s-pomoshhyu-novogo-glavy-dagestana). Onlar söyləyirlər ki, hazırda Moskva özü demək olar ki, çətin vəziyyətdədir: “Ermənistanı dəstəkləsə, Azərbaycanı itirəcək; əgər Azərbaycanı dəstəkləyirsə, əksi baş verəcək, amma heç birini dəstəkləməsə, ikisini də itirə bilər”.  Nəticədə Moskva müharibədə Ermənistanı və ya Azərbaycanı dəstəklədiyini göstərmədən, Bakıya təzyiq göstərmək üçün bir yol tapmalıdır.

Müəllif: Pol Qobl

Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA