Moskvadan Qarabağ döyüşləri ilə bağlı növbəti çağırış

87

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Moskvanın Dağlıq Qarabağdakı münaqişənin tərəflərini maksimum təmkinli olmağa, xarici qüvvələrin müdaxilə eləməsinə imkan verməməyə, atəşi dayandırmağa və danışıqlara yenidən başlamağa çağırdığını bildirib.

Zaxarova deyib:

“Həftə ərzində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qalıb, hərbi təmas xətti boyunca hər iki tərəfdən atəş açıldığı qeydə alınıb, mülki obyektlər də hədəf olub. Biz tərəfləri mümkün qədər təmkinli olmağa, mülki əhaliyə zərbə endirməkdən qaçmağa, xarici qüvvələrin müdaxiləsinə yol verməməyə çağırırıq.

Atəşkəs məsələsini praktikada həyata keçirmək, baza prinsipləri əsasında dinc nizamlanma məqsədi ilə danışıqları bərpa eləmək zəruridir”.