Moskvada reyslər təxirə salındı

    30

    Rusiyanın paytaxtı Moskvanın hava limanlarında kəskin hava şəraiti ilə əlaqədar 40-dan çox reys ləngiyib.

    Daha 5 reys təxirə salınıb.

    Qeyd olunub ki, Vnukovo hava limanında 17 reys ləngiyir, 2 reys təxirə salınıb, Domodedovo hava limanında 7 reys ləngiyir, 3 reys təxirə salınıb, Şeremetyevo hava limanında isə 20 reys ləngiyir.\\Teleqraf.com