Moskvada terror aktının qarşısı alındı

42
Panorama

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva regionunda terror aktı törədilməsinin qarşısını alıb.

Yaxanan şəxsin Orta Asiyadan olduğu bildirilir. FTX-nin açıqlamasında deyilir: “Paytaxt regionunda terror aktının qarşısı alınıb. Yaxalanan şəxs Mərkəzi Asiya regionundandır, 1999-cu ildə doğulub”.

İstintaqın nəticələrinə görə, beynəlxalq terror təşkilatının yaraqlılarının əmri ilə o, “dövlət idarəsinin qarşısında əldəqayırma bomba partlatmağa” hazırlaşırmış. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, gənc bundan sonra terrorçuların sıralarında döyüşmək üçün Yaxın Şərqə getməyə hazırlaşırmış.

Onun əldəqayırma bomba hazırlamaq üçün lazım olan komponentləri gizlətdiyi aşkara çıxıb. Həmçinin, terrorçunun yaraqlılarla yazışması, partlayıcı hazırlamaq üçün təlimat kağızı, terrorçuların başçılarının qarşısında and içdiyi video aşkar edilib.

Onun partlayışı məhz harada həyata keçirməyə hazırlaşdığı bildirilmir.