Moskvada koronavirusdan ölənlərin sayı 5 minə yaxınlaşır

57

Moskvada son sutka ərzində koronavirusdan 14 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 4905 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 13 nəfər ölmüşdü.

musavat.com