Moskvada ermənilər və azərbaycanlıların iştirak etdiyi kütləvi dava ilə bağlı cinayət işi açıldı

300

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açılıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə cinayət işi başladılıb.

Ümumilikdə 25 nəfər saxlanılıb.

Dava dünən gecə Lyublinoda olub. Polisdən iğtişaşlarda iştirak edənlərə 5 il müddətinə Rusiyaya giriş qadağasının qoyula biləcəyi xəbərdarlığı edilib.

Daha əvvəl ermənilərin Moskvada azərbaycanlıya məxsus restoranda iğtişaş törətdiyi bildirilmişdi.