Moskva Ukraynanın işğal etdiyi Donbas və Luqansk separatçı qurumlarının gənclərini Rus ordusuna çağırır

240
Rusiya Federasiyası, Ukraynanın işğal etdiyi Donbasdakı rus pasportlarını alan kişilərin bahar çağırışına hazırlıqlara başlayır. Yaz aylarında işğal olunmuş Donbasdan Rusiya pasportu alan kişilər Rusiya ordusuna çağırılacaq. Artıq hazırlıqlar başladı. Bu barədə separatçı Teleqram kanalı “Lugansk Respublikasının sirləri” yazıb.

Mənbənin yazdığına görə, 14 dekabr 2020-ci il tarixindən etibarən ruslar tanınmamış “L / DPR”in  məktəb və universitetlərində “çağırış yaşına çatmış gənclərin” qeydə alınması üçün yoxlamalara başlayacaqlar. 2021-ci ilin martından aprelinədək bu çağırışçılar “gənc döyüşçü kursu” keçmək məcburiyyətindədirlər. Rusiya pasportu almağa meyllənən hərbi mükəlləfiyyət yaşına çatmış kişilər Rusiya ordusunda xidmət etməli olacaqlar. “2021-ci ilin fevral ayından etibarən Rusiya Federasiyasının “bütün yeni vətəndaşlarının qeydiyyatı” “respublikalarda”kı qeydiyyat yerində və Rusiya Federasiyasında qeydiyyat yerində aparılacaq. 2021-ci ilin aprel ayından etibarən Rusiya vətəndaşlığı alan “DPR” və LNR” sakinlərinə RF HQ adından çağırış ediləcək” deyə Telegram kanalı yazdı. Kanal İşğal altındakı Donbasdakı separatçı təşkilatların Rusiya ordusunu populyarlaşdırmaq üçün gənclər arasında təbliğat işlərini gücləndirmələri barədə əmr verildiyini də açıqladı.

Tərcümə etdi: Ülviyyə Şükürova