Moskva-Həştərxan təyyarəsi geri qayıtdı – MÜHƏRRİK SIRADAN ÇIXIB

    3

    Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus, Moskva-Həştərxan reysini həyata keçirən təyyarə təcili surətdə geri qayıtmalı olub.

    Hurriyyet.org xəbər verir ki, buna səbəb "Boeing" təyyarəsinin mühərriklərindən birinin sıradan çıxması olub.

    Qeyd olunur ki, təyyarə geri qayıdarkən Volqoqrad vilayəti üzərində olub. Təyyarə qısa müddət sonra Vnukovo hava limanında uğurlu eniş edib. Hadisə ilə bağlı xəsarət alan olmayıb.

    Sərnişinlərin digər təyyarə ilə yola salınacağı bildirilib.