Moskva görüşündən kim qazandı… – QƏVAMİ SADIQBƏYLİ YAZIR

186
Россия. Москва. Президент Азербайджана Ильхам Алиев, премьер-министр Армении Никол Пашинян (слева направа) и президент России Владимир Путин (справа на втором плане) во трехсторонней встречи в Кремле. Михаил Климентьев/пресс-служба президента РФ/ТАСС

Məlum  olduğu  kimi,  11  noyabr 2021 ci  il tarixində  Rusiya , Azərbaycan və  Ermənistan  rəhbərlərinin   Moskva  şəhərində  üçtərəfli  göruşü  keçirilib. Danşıqlardan sonra  aşağıdakı  məzmunda  razılaşma  əldə  edilib:

  1. 10 noyabr 2020 ci il tarixli bəyannamənin 9 cu bəndinin  reallaşdırılması  məqsədiylə  regionda bütün  iqtisadi nəqliyyat əlaqələrinin açılması  sahəsində  Rusiya  prezidenti Vladimir  Putinin  Azərbaycan , Rusiya və  Ermənistan baş nazir  müavinlərinin birgə  sədrliyi  ilə  üçtərəfli  işçi  qrupunun  yaradılmsdı  təklifi  dəsdəklənir .
  2. İşçi qrupu 30  yanvar  2021 ci ilə  qədər  ilk  iclasını  keçirəcək  və  onun  nəticəsi  olaraq,  Bəyannamənin  9 cu bəndinin  reallaşdırılmasından  irəli  gələn  əsas  iş  istiqamətlətinin  siyahısını  formalaşadıracaq ,  prioritet kimi  dəmir  yolu  və  avtomobil  rabitəsini  müəyyənləşdirəcək  ,  həmçinin  bundan  sonra  Tərəflər  adlandırılan :  Azərbaycan , Ermənistan və  Rusiya  arasında  razılaşdırmaya  əsasən  digər  istiqamətlər  müəyyənləşdiriləcək .
  3. İşçi qrupunun həmsədrlərimin  fəaliyyəyinin  əsas  istiqamətlərinin  həyata  keçirilməsi  məqsədi  ilə  bu  istiqamətlər  üzrə  ekspert  yarımqruplarının  tərkibi  səlahiyyətli  hakimiyyət  orqanlarının  və  tərəflərin təşkilatlarının  vəzifəli  şəxsləri  arasında  təsdiq  ediləcək . Ekspert  yarmqrupları  işçi  qrupunun  iclasındam  sonra  bir  ay  müddətində  tərəflər  tərəfindəm  onların  həyata  keçirilməsi  və  təsdiq  edilməsi  üçün  zəruri  resursların  və  tədbirlərin  əsaslandırılması  ilə  layihələrin  siyahısını  təqdim  edəcək .
  4. İşçi qrupu 1 mart  2021 ci  ilə  qədər  Azərbaycan  Respublikası vasitəsiylə  Ermənistan  Respublikasına həyata  keçirilən  beynəlxalq  daşımaların,  eləcə  də  Azərbaycan  Respublikası  və  Ermənistan  Respublikası  tərəfindən  həyata  keçirilən  daşımaların  təşkili,  yerinə  yetirilməsi  və  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  zəruri  olan  nəqliyyat  infrastrukturunun  yeni  obyektlərinin  bərpasını  və  tikintisini  nəzərdə  tutan  tədbirlərin,  eləcə  də  həyata  keçirilən  daşımaların  yüksək  səviyyədə  təsdiq  edilməsi  üçün  Tərəflər  siyahı  və  icra  qrafikini  təqdim  edəcək .

11  noyabr  Moskva  görüşünü  müşahidə  edəndə  aydın  olur  ki,  biz  müharibədə  qazandığımız  şanlı  qələbəmizi  masada  lazımı  səviyyədə  müdafiyə  edə  bilmirik .. Əksinə  Paşinyan   olmayan  ” Arsax ” respublikasının  adını  çəkir . Düzdür onun  bu  atmcalarına  cavab  verilmədi.  Lakin  bu  faktın   özü  onu  göstərir  ki ,  ermənilər  işğalçı  niyətlərindən  əl  çəkmək  fikrindən  uzaqdırlar.

Bizdə  isə  hakimiyyətii  idarə  edənlər  xalqın  tale  yüklü  məsələlərinə  aid  olan  qərarları   ictimayyətlə  ,  siyasi  partiyalarla  müzakirə  etmədən,  məsləhətləşmədən  qəbul  edirlər . Bununla  da  əslində  vətəndaşların  konstitsion  hüquqlarını  pozurlar.  Nəticədə  xalqımız  əziyyət  çəkir .

Qarabağda  Azərbycan  Ordusuna  uduzan  Putin  masada  məqamdan  istifadə  edərək  bütün  dünyaya  o  cümlədən   Azərbaycana  demək  istədi  ki :  hələ  güclüyük ,  regionda  qərarları  biz  qəbul  edirik .

Müharibədə  qalib gəlmişik . Ancaq   Şuşaya  insanlarımız  rus  ” sülhməramlılarıının  ”  icazəsi  və  nəzarəti  altında  gedib – gəlməlidir .  Bəs  bizim  suverenliyimiz  harda  qaldı .

Qalib  ölkənin  əhalisi  niyə  kasıb  vəziyətdə  yaşamalıdır…?

Nə  vaxta qədər  vətəndaşlarımızın  həyat  tərzinə  birbaşa  aid  olan   iqtisadi ,  ticari, tibbi , mədəni , sosial və s. məsələlərin  həlli  ilə  təkcə  prezident  məşğul  olacaq …?

Milli  Məclis, Nazirlər  Kabineti ,  ayrı  ayrı  nazirliklər ,  cəmiyyətlər, birlik  və  icra  strukturları  nədən  ötrü  fəaliyyət  göstərir?  Onların  saxlanmasına  nə  qədər   maliyyə  vəsaiti  ayrılır?

Normalda   prezident  əsasən  beynəlxalq  münasibətlərin  tənzimlənməsi, dövlətin  təhlükəsizliyi,  suverenliyinin  təmin  olunması  və  bu  kimi  qlobal  məsələlərin  həll  olunmasna  nəzarət  etməlidir .  Bizdə  isə  dövlət  başçısı  həm  taleyüklü  həm  də  ölkədaxili  problemlərin  həlli  ile  şəxsən  məşğul  olur. Ədalət naminə  qeyd  etmək  lazımdır  ki,  bu  qədər  yükü  bir  insanın  daşıması  insafdan  deyil.

10  noyabr 2020 ci  ildə  elan olunan  Bəyannamədə  göstərilən  və  ermənilərin  xeyrinə  olan  maddələr  artıqlaması  ilə  yetinə  yetirilir . Bizim  maraqlaımıza  aid  olan  heç  bir  addım  atılmır .  Belə  olan  halda  nədən  bilmək  olar  ki ,  2021  ci  ilin   11  yanvarında  qəbul  olunan  razılaşmanın  bəndləri   Azərbaycanın  xeyrinə  həll  olunacaq …?  Hadisələrin  axarı onu  göstərir   ki , belə  getsə  Moskvaya  inanmaq  xəyal  olaraq  qalacaq.

Görünən  odur  ki ,  Rusiyanı  idarə  edənlər  imperialist siyasətlərindən  əl  çəkməyib .Ermənilər  isə  revanş  hissi  ilə  yaşayırlar  . Məğlub  olmuş  tərəfi  Rusiya  dirçəltmək  istəyir .  Azərbaycana  isə  təzyiq  edir .  Və  11 yanvar  Moskva  ğörusündən  qazanan  da  hələlik  Rusiyadır .

Bu təzyiqlərə  son qoyulması üçün  Azərbaycan  dövləti  daha  güclü  olmalıdır .  Güclü  olmanın  yplu  isə  xalq  iqtidar  birliyindən  keçir

Fikrimcə,  Milli  Məclisin  tərkibi  demokratik   yolla  keçirələcək  seçkklər  əsasında  formalaşmalıdır .

Müharibənin  ağırlığını  həyatları  bahasına  öz  çiyinlərində  daşıyan  Generallarımız,  Zabitlərimiz  və  qəhrəman  əskərlərimiz  idarəetmənin  bütün  strukturlarında  təmsil  olunmalıdıırlar.  Çümki  onlar  Vətənin və  Millətin  dərdini  daha  yaxşı  bilir.

 

Qəvami  Sadııqbəyli

Jurnalist – politoloq