MORQUN SOYUDUCUSUNDA DİRİLDİ

    6

    Hurriyyet.org xəbər verir ki, Cənubi Afrika Respublikasında bir qadın “ölümün qeydə alınması”ndan sonra soyuducu kamerasında dirilib. Adı açıqlanmayan zərərçəkmiş qadın Yohannesburqda ciddi avtomobil qəzasına düşüb, başından ağır zədə alıb və təcili yardım işçiləri onu ölmüş zənn ediblər.

    Dünyasını dəyişənlər barəsində jurnalda qeydiyyat aparan morq əməkdaşları “nəşi” soyuducudan çıxararkən onun nəfəs aldığını görüblər. Patoloqoanatomların biri əsəbiləşərək deyib: “Bizdən əvvəlki həkimlərin səhvi üzündən az qala sağ adamı əməliyyat edib öldürəcəkdik”.

    Baş feldşer Herrit Brednik isə deyib: “Zədənin ağırlığı, katafalkın gözləmə dövrü, morqa qədər yolu, xəstənin soyuducu kameraya hazırlanması müddətini və orada qalmasını nəzərə alsaq, onun sağ qaldığı üçün Allaha şükr etməliyik”.

    Hazırda zərərçəkən müalicə alır. Xəstəxana rəhbərliyi insidentlə bağlı araşdırmaya başlayıb.

    Hurriyyet.org