“Monteneqronun anti-Rusiya kursu dəyişəcək” – Rusiya

69

Monteneqronun parlament seçkisindən sonra antirusiya kursunun dəyişəcəyinə ümid edirəm.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib.

“Cukanoviçin hakim partiyası 30 ildə ilk dəfə böyük çoxluq əldə etmir. Seçkiqabağı kampaniyanın ən mərkəzinə atılan antirusiya kartını bu dəfə oynamaq mümkün olmadı”, – deyə o bildirib.