Moldovadan dəstək açıqlaması…

60

Uzun illərdir Moldova və Azərbaycan ölkələrimizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində sıx əməkdaşlıq edir”.

“Report” xəbər verir ki, bunu Moldova parlamentinin deputatı Dumitru Dyakov deyib.

Onun sözlərinə görə, bir çox digər postsovet respublikaları kimi, Moldova Respublikası da separatçı müharibələrin dəhşətlərini yaxından bilir.

“Ermənistan-Azərbaycan münaqişəsi zonasında mülki əhali arasında çoxsaylı itki ilə nəticələnən dramatik hərbi toqquşmalar dondurulmuş münaqişələrin bölgədə təhlükəsizlik və sabitlik üçün təhlükə yaratdığının və eyni zamanda dövlətlərimizin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində hörmət göstərməyin vacibliyini bir daha vurğulayır”, – o bildirib.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanla Moldovanı möhkəm dostluq və qarşılıqlı həmrəylik münasibətləri bağlayır.