Moldovada seçkilərin birinci turunun nəticələri açıqlandı

24

Moldovadakı prezident seçkilərinin birinci turuna dair səslərin 100 faizi hesablanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 36,16 faizini qazanan müxalifətdəki Hərəkət və Həmrəylik Partiyasının sədri, sabiq Baş nazir Maya Sandu birinci yer, hazırkı dövlət başçısı İqor Dodon isə 32,61 faizlə ikinci yer tutub.

Beləliklə, seçkilərin qalibi noyabrın 15-də keçiriləcək ikinci turda bəlli olacaq.

Qeyd edək ki, Dünya Bankının keçmiş eksperti olan M.Sandu ölkənin Avropa İttifaqı üzvlüyünün tərəfdarı olduğu halda, rusdilli əhali arasında nüfuz sahibi olan İ.Dodon Rusiyanın dəstəyinə arxalanır.