Moldova hökuməti istefa verdi

348

Hurriyyet.org xəbər verir ki, Moldovanın baş naziri İon Kiku istefa qərarını bəyan edib.

Kiku deyib: “Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün zəruri olan addımları ölkə rəhbərliyi ilə müzakirə elədik. Ölkədəki mühüm problemlərin həlli üçün bu seçkilərin keçirilməsi zəruridir. Bunla əlaqədar özümün və hökumətin istefası təklifini irəli sürdüm”.

Yeni seçilmiş Moldova Prezidenti Mayya Sandu Kişinyovda keçirilən etiraz aksiyaları zamanı  hökumətin dərhal istefa verməsini tələb eləmişdi.