“Mobil telefonum yoxdur” – LUKAŞENKO

3

Hurriyyet.org xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko “təhlükəsizliyin nə olduğunu” bildiyi üçün üçün mobil telefondan istifadə eləmədiyini və lazım gələndə ona mobil vasitə gətirildiyini bildirib. Lukaşenko deyib: “Bəlkə də bu pisdir: mənim mobil telefonum yoxdur. Görürəm ki, həmkarım olan prezidentlər oturub “ayfonları”-filanı döyəcləyirlər. Mən bu işlə məşğul olmuram. Təhlükəsizliyin nə olduğunu bilirəm. Mənim üçün bu işlə məşğul olan adam var. Lazım olanda telefon gətirir. İndi hamının cibində mobil telefon var, harada olursunuzsa olun, lazımi kəslər sizi görürlər. Bunu istəyirsinizmi? Yox”.

2019-cu ilin noyabrında Lukaşenko bildirmişdi ki, respublikada hökumət səviyyəsində “məxfi mobil” rabitə testdən keçirilir, lakin onun aradan qaldırılmalı bir sıra qüsurları var. Onda Belarusun Təhlükəsizlik Şurası artıq 2020-ci ildə ölkə rəhbərliyinin yüksək keyfiyyətli “qapalı” mobil rabitə ilə təchiz olunacağını vəd eləmişdi.

Hurriyyet.org