“MƏNİ TƏLAŞLANDIRAN…” – Yunanıstandan Türkiyə etirafı!

    9

    Türkiyənin hərbi qüvvəsi Yunanıstanı qorxudur

    Hurriyyet.org xəbər verir ki, Yunanıstan ilə Türkiyə arasındakı gərginliyin davam etdiyi bir zamanda Yunanıstanın xarici işlər naziri Nikos Kotsias Türkiyənin yeni silahlarından narahat olduğunu bildirib, öz açıqlamasında Türkiyənin son dövrdəki hərbi sövdələşmələrindən danışıb. Rusiyadan alınacaq S-400 hava hücumundan müdafiə sistemlərinin, ABŞ-dan alınacaq F-35 təyyarələrinin, Almaniyadan alınması planlaşdırılan sualtı gəmilərin hansı məqsədlə əldə edildiyi sualını səsləndirib, həmçinin, Türkiyə ilə Rusiya və Pakistan arasındakı nüvə əməkdaşlığından əndiləşəndiyini bildirib. Kotsias deyib: “Türkiyənin Pakistanla yaxşı münasibətlərinin olması da nəzərə alınmalıdır. Nüvə texnologiyası sahəsində Pakistanın bir çox ölkəyə məsləhətçi olması reallıqdır. Şəxsən məni təlaşlandıran , 600 nəfər türk mühəndisin Pakistan mühəndisləri ilə əməkdaşlıq eləməsidir. Ərdoğanın islam dünyasının lideri olmasıdır. Bir xarici siyasət professoru olaraq, anladığım və həmrəy olmadığım şey Rusiyanın Türkiyəyə qarşı strateji mövqeyidir. Bütün bunlar gələcəkdə ölkəm üçün problem ola bilər”.

    Hurriyyet.org