Mkrtumyan: “Erməni əsgərlər qorxu içərisindədirlər və Qarabağda döyüşməkdən imtina edirlər”

111

Hurriyyet.org xəbər verir ki, erməni professor Mels Mkrtumyan Ermənistan hərbçilərinin müharibə dəhşətlərindən qorxduğunu,  hospitallarda psixoloqların onlarla işlədiyini bildirib.

“Trend” agentliyi erməni mətbuatına istinadən ekspertdən sitat gətirib: “Danışdıqlarından bəlli olur ki, onları bunu unuda bilmirlər. Onlaq qorxu içərisindədirlər, çox güclü təşviş keçirirlər”.

Onun sözlərinə görə, orduda vəziyyət 90-cu illərin sonundakı vəziyyətdən köklü şəkildə fərqlənirlər. Mkrtumyan etiraf edib: “Bir çox hərbçilər müharibə dəhşətlərindən xilas olmaq üçün ordu sıralarına qayıtmaqdan qətiyyətlə imtina edirlər”.