MKİ-NİN KEÇMİŞ RƏHBƏRİNDƏN ÇARPICI AÇIQLAMALAR

    30

    D.Tramp ilə İsrailin baş naziri Netanyahunu hədəf göstərdi

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Con Brennan Qəzzadakı ölümlərin ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun fələstinlilərin hüquqlarına və vətənlərinə aşkar şəkildə saymazyana yanaşmalarının nəticəsi olduğunu bildirib.

    Brennan, “Tvitter” hesabındakı paylaşmasında yazıb: “Qəzzadakı ölümlər Tramp və Netanyahunun fələstinlilərin hüquqları və vətənlərinə açıqca hörmət göstərməmələrinin nəticəsidir. Tramp səfirliyi Qüdsə daşımaqla intriqa yaratdı, Amerika Birləşmiş Ştatlarının barışdırıcı rolunu yıxdı. Yeni nəsil israillilər ilə fələstinlilərin sülh yolunu tapmaq üçün radikalları təcrid eləməli idilər”.

    Keçmiş MKİ başçısı eyni zamanda, Trampın İran ilə nüvə müqaviləsi məsələsi ilə bağlı yalan söylədiyini bildirib. ABŞ-ın öhdəliklərinə olan qlobal inamı sarsıtdığını, bununla da Şimli Koreyaya nüvə silahlarını saxlamaq üçün səbəb verdiyini bildirib. Brennan bildirib: “Bu dəlilik, milli təhlükəsizliyimizə təhdiddir”.

    İsrail qüvvələri Qəzza sərhədinə dünən keçirilən nümayişlərdə 59 nəfər fələstinlini şəhid edib, yüzlərlə həqiqi güllədən olmaqla 2 770-dən artıq fələstinlini yaralayıb.

    Hurriyyet.org