Rus analitik: “Moskva Qarabağ münaqişəsində erməniyönümlü mövqe tutmayacaq”

    9

    Mixaylov həmçinin erməni tərəfinin D.Medvedyev və onun komandası haqqında dediklərinin heç nə ilə əsaslandırılmadığını bildirib: “Avropa Şurasında Azərbaycan prezidenti İlham Əliyevin fikiri mənim xoşuma gəldi. O bildirdi ki, dünyada bir Ermənistanın olması kifayətdir və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Əliyev həmçinin qeyd etdi ki, Qarabağ münaqişəsi gec-tez dünya ictimaiyyətinin, o cümlədən, Rusiyanın köməyi ilə öz həllini tapacaq. Rusiya bu məsələdə düzgün siyasət aparır. Ermənistan bizi Azərbaycanla münaqişəyə çəkə bilməyəcək”.