Mişustin istefa verməyəcək

54

Hurriyyet.org xəbər verir ki, Kremlin mətbuat xidməti Rusiyanın baş naziri  Mixail Mişustinin istefa edəcəyi barədə KİV-də yayılmış xəbərləri təkzib edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni tipli koronavirusa yoluxmuş M.Mişustinin sağaldıqdan sonra bir daha öz postuna geri qaytımayacağı xəbərlərini “cəfəngiyyat” adlandırıb. Məlumatı “RİA Novosti” informasiya agentliyi yayıb.

30 aprel tarixində ölkə prezidenti Vladimir Putin ilə videokörpü vasitəsi ilə danışan Mişustin Kovid-19 virusuna yoluxduğunu bildirib və müalicə dövründə baş nazirin birinci müavini Andrey Belousovun onun hökumət başçısı vəzifəsini müvəqqəti olaraq icra etməsini təklif edib.

Hurriyyet.org