Misirli nazir Kanadada həmvətənlərini təhdid etdi – “Hökumətə qarşı danışanları doğrayacağıq”

    3

    Kanadada görüşlər keçirən Misir Miqrasiya naziri Nabila Makram ölkə müxalifətini doğrayıb öldürməklə təhdid edib.

    Hurriyyet.org avropa.info-ya istinadən xəbər verir ki, Makram bu təhdidi Toronto şəhərində keçirdiyi toplantıda çıxışı zamanı edib.

    Makram çıxışı zamanı əlini boynuna uzadaraq baş kəsmə işarəi göstərərək bunları deyib:

    "Bizim yalnız bir ölkəmiz var, o da Misir. Misir bizi bir araya gətirən, yaxınlaşdıran bir dəyərdir. Bununla əlaqədar mənfi bir söz söyləyən, Misir hökumətinə qarşı danışan hər kəs doğranacaq" – Makram belə deyib.

    Makramın bu çıxışı tədbirdə iştirak edən bəzi misirlilər tərəfindən çaşqınlıqla izlənilsə də, bəziləri naziri alqışlayıb.

    "Misirli Kanadalılar Demokratiya Koalisiya"sı adlı təşkilat Makram haqqında Kanadanın müvafiq strukturlarına şikayət ərizəsi ilə müraciət edib.

    Təşkilatın sədri Əhməd Abdulkadir misirli nazirin Kanada ərazisində Kanada vətəndaşlarını təhdid etməsinin qalmaqal olduğunu deyib:

    "Ölkə xaricində misirliləri bu şəkildə təhdid edən rejimin ölkə içindəki misirlilərə nələr etdiyini təsəvvür etməliyik. Kanadalı misirlilər kimi, Misir rejiminin insan haqları pozuntularını, digər siyasət və fəaliyyətlərini açıq şəkildə tənqid etdiyimiz üçün özümüzü təhdid altında hiss edirik. Artıq Kanadada yaşayan misirlilər özlərini etibarda hiss etməyəcəklər. İnsan hüquqlarının sistematik olaraq pozan bir rejimin naziri Kanadaya gəlib kanadalıları Kanada ərazisində təhdid edir"- Əhməd Abdulkadir belə deyib.