“Misir Azərbaycana düşmən mövqe sərgiləyir!” – ZAUR MƏMMƏDOV

75

“Biz son illər ərzində Misir, BƏƏ, Yunanıstan, Kipr, Səudiyyə Ərəbistanı, Fransa kimi dövlətlərin Ərdoğanın neoosmanizm siyasətinə qarşı ciddi şəkildə dirəniş göstərdiklərinin şahidiyik”

“Son illər Türkiyə ilə Misir arasında münasibətlərin soyuması Sisi hökumətini ən murdar işlər görməkdən çəkindirməməkdədir. Özünü müsəlman və ərəb dünyasının liderlərindən sayan Qahirə bu yaxınlarda guya Ankaraya qarşı təzyiq alətlərindən birini istifadə edib və ən axırıncı yola əl atıb! Kiçik Ermənistan vasitəsi ilə guya Türkiyəni qəzəbləndirmək istəyib”. Hurriyyet.org xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, Misirin 1 milyondan çox oxucusu olan “Əl-Ahram” qəzeti Ermənistanın prezidenti Armen Sarkisyan ilə “Osmanlılar tarixdə ən qorxunc soyqırım törətdilər” başlıqlı müsahibəni dərc edib: “Müsahibədə Armen Sarkisyan erməni xalqı, Ermənistan və “Arsax” haqqında danışıb. Jurnalist türklərə qarşı nifrət dolu sualları ilə seçilib. Biz son illər ərzində Misir, BƏƏ, Yunanıstan, Kipr, Səudiyyə Ərəbistanı, Fransa kimi dövlətlərin Ərdoğanın neoosmanizm siyasətinə qarşı ciddi şəkildə dirəniş göstərdiklərinin şahidiyik. Sevindirici haldır kı, qardaş türk ordusu təklikdə bu koalisiyanın planlarını alt-üst etməkdədir. Misir erməni terroruna və erməni çirkin oyunlarına dəstək verən bir neçə ərəb dövlətlərindən biridir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org