Mirqafar Seyidov vəzifəsindən azad edilib? – DİN-dən CAVAB

306

“Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilməsi barədə xəbər həqiqəti əks etdirmir və tərəfimizdən təkzib edilir”.

Hurriyyet.org xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Qeyd edək ki, mediada Daxili İşlər naziri Vilayət Eyvazovun polis general-mayoru Mirqafar Seyidovu tutduğu vəzifədən azad etməsi barədə məlumat yayılıb.