Mirmahmud Mirəlioğlu: “Bu gün baş verənlər sabah olacaqların, qələbələrin ilkin addımlarıdır”

105

Sentyabrın 27-də cəbhə xəttinə baş verənlər, Ermənistan ordusunun hücumuna Azərbaycan ordusunun cavab zərbələri siyasi təşkilatlarını da hərəkətə gətirib. Siyasi partiyalar və liderlər ordumuza, dövlətimizə vətən uğrunda savaşda dəstək ifadə etməkdədirlər. Növbəti belə döstək Klassik Xalq Cəbhəsi və onun sədri Mirmahmud Mirəlioğludan gəlib.

Mirmahmud Mirəlioğlu Musavat.com-a açıqlamasında bildirib ki, bu cəbhədə baş verənlər çoxdan baş verməli idi, bunu çoxdan gözləyirdi. Nəhayət bu gün baş verdi və bu gün baş verənlər sabaha ümid yaratdı.

KXCP sədri daha sonra deyib ki, Azərbaycan əsgəri, Azərbaycan hakimiyyəti, Azərbaycanın hər bir vətəndaşı hamımız bir yerdə torpaqlarımızı işğaldan azad etməliyik. Kənardan bu işdə bizə kimin nə deməsindən, necə münasibət bəslməsindən asılı olmayaraq biz işğalçını yerində oturdub torpaqlarımıza sahib durmalıyıq, bütün torpaqlarımızı işğaldan azad etməliyik və azad edəcəyik: “Biz qələbəmizi tezləşdiməliyik. Bu gün baş verənlər sabah olacaqların, qələbələrin ilkin addımlarıdır və münasibətlə də Azərbaycan əsgərini dəstəkləyirik, dövlətimizin yanında olduğumuzu bəyan edirik”.

E.Seyidağa,
Musavat.com