“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi layihə həyata keçirib – FOTOLAR

162

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni və tarixi irsinin miqrant uşaqlar arasında təbliği” mövzusunda layihə həyata keçirmişdir.

İlkin mərhələdə layihədə iştirak edən üzvlər ilə müqavilələr bağlanmış, mövzu haqqında geniş müzakirələr aparılmış, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə yaxın əməkdaşlıq çərçivəsində respublikada yaşayan miqrant uşaqların statistikası və ünvanları əldə edilmişdir.

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyinin əməkdaşları Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin verdiyi ünvanlar əsasında Bakı şəhərində yaşayan bir çox miqrant uşaqlarla fərdi qaydada təmaslar qurmuş, onlarla Azərbaycanın mədəni və tarixi irsi mövzusunda söhbətlər aparılmışdır. Layihənin yekununda karantin rejiminin şərtlərini nəzərə alaraq bir qrup miqrant uşaqların iştirakı ilə “Azərbaycanın mədəni və tarixi irsinin miqrant uşaqlar arasında təbliği” mövzusunda konfrans keçirilmişdir.

Konfransda iştirak edən miqrant uşaqların əksəriyyəti Azərbaycana dost ölkə Pakistandan olan miqrant uşaqlar olmuşdur. Konfrans zamanı mövzu ilə bağlı Azərbaycanın mədəni irsi, tarixi və əlamətdar günləri barədə məruzə və çıxışlar edilmiş və miqrant uşaqları maraqlandıran suallar cavablandırılmışdır. Sonda miqrant uşaqlara Azərbaycanın mədəni və tarixi irsi ilə bağlı suvenirlər hədiyyə edilmişdir. Bununla da  “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi nəzərdə tutulan layihəni vaxtında başa çatdırmışdır.

Hurriyyet.org