MiQ-29 qırıcısının yayılan qəza videosu ilə bağlı RƏSMİ AÇIQLAMA

    27

    Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən video görüntü ilə bağlı Müdafiə Nazirliyindən bildiriblər.

    Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır:

    "Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq".