Minskdə icazəsiz aksiya keçirənlər SAXLANILIR

84

Belarusun paytaxtı Minskin mərkəzində icazəsiz aksiya iştirakçılarının saxlanılmasına başlanılıb. Bir neçə saat əvvəl Belarus Dövlət və Dilçilik Universitetlərinin tələbələri Müstəqillik Meydanı yaxınlığında aksiyaya başlayıblar.

Təhlükəsizlik qüvvələri əvvəlcə aksiyaya müdaxilə etməsələr də, sonra hərəkətə keçiblər.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasına görə, Aleksandr Lukaşenko səslərin 80,1 faizini qazanıb. Onun əsas rəqibi Svetlana Tixanovskaya isə 10,12 faiz səs toplayıb.

Müxalifət seçkinin nəticələrini tanımayıb və bu səbəbdən Belarusda kütləvi icazəsiz aksiyalar başlayıb.\\Azpolitika