Minsk qrupunun həmsədrləri separatçılarla görüşmək istəsələr də, erməni tərəfi onları qəbul etməyib

444

Hurriyyet.org xəbər verir ki, ATƏT-in Minsk qrupunun Fransadan və Amerikadan olan həmsədrləri Dağlıq Qarabağdakı erməni separatçılarının başçısı, dinc əhaliyə qarşı müharibə cinayətlərinə görə Azərbaycan Respublikası tərəfindən barəsində cinayət işi açılmış Arayik Arutyunyan ilə görüşməyə cəhd eləsələr də, erməni tərəfi onları qəbul etməyib. Bu barədə qondarma prezidentin “mətbuat katibi” Vaqram Poqosyan erməni mətbuatına açıqlama verib.

Xəbər verildiyi kimi, Minsk üçlüyünün  Fransa və Amerikadan olan həmsədrlər İrəvana səfər ediblər. Rusiyadan olan həmsədrin xəstə olduğu üçün səfərə çıxmadığı bildirilir.

Poqosyan deyib: “Rusiyalı həmsədr səfərdə iştirak etmədiyindən format tam deyildi, bu səbəbdən də görüş keçirilmədi”.