Minsk qrupu həmsədrləri “arabanın beşinci təkəri” rolunda

225

ATƏT-in Minsk Qrupunun həmsədrləri proseslərə qatılmağa cəhd edirlər. Bir neçə gün öncə Moskvaya toplaşan həmsədrlər Qarabağ prosesində kənarda qaldıqlarının fəqrindədirlər. Ona görə də aktivlik nümayiş etdiməyə başlayıblarş İstisna deyil ki, yaxınlarda Azərbaycana və Ermənistana da səfər etmək istəsinlər.

Hələlik bu barədə rəsmi məlumat olmasa da hər an xəbər yayılması mümkündür. Bəs həmsədrlərin bölgəyə səfərinə ehtiyac varmı? Gəlsələr rəsmi Bakı necə davranmalıdır? Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyanla daha bir görüş zərurəti yarana bilərmi? Rəsmi Bakı Minsk Qrupunun perspektivini necə görür? Məlumdur ki, xüsusilə də ermənipərəst Fransa bu formatın saxlanmasına çalışır. Hədəf həm də qardaş Türkiyəni danışıqlar prosesindən əvvəlki kimi kənarda qoymaqdır. Azərbaycan Fransanın bu planını poza biləcək?

Aydın Mirzəzadə: "Prezident istənilən ciddi məsələni daim nəzarətdə  saxlayır və bunun qarşısının alınması üçün addımlar atır" - Sonxeber.net

Aydın Mirzəzadə: “Onların artıq Azərbaycandan tələb etməyə hər hansı hüquqları çatmır”

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağ problemi demək olar həll edilib, ATƏT-in Minsk Qrupunun ayrıca fəaliyyətinə hər hansı ehtiyac duyulmur: “Həmçinin Minsk Qrupu tarixə fəaliyyətsiz və dişsiz bir beynəlxalq qurum kimi düşəcək. Əllərində böyük səlahiyyət olmasına baxmayaraq, 30 il ərzində Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə, qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmağa və Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edə bilmədilər. Vətən müharibəsi günlərində Minsk Qrupu həmsədrlərindən Fransanın Ermənistanı bütünlüklə dəstəklədiyi ortaya çıxdı. Hesab edirəm ki, artıq Minsk Qrupunun fəaliyyətinə hər hansı ehtiyac yoxdur. Bundan sonra onların nə edəcəkləri də Azərbaycan üçün aydın deyil. Məncə özləri üçün də aydın deyil. Bu gün Azərbaycanın təklif etdiyi 2+2 formatı, yəni Ermənistan və Azərbaycan münaqişə tərəfləri və problemin həllinə ciddi təsir edən Türkiyə-Rusiya formatı işləyir və öz nəticəsini verir. Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda Ermənistanın da xeyrinədir. Bu format regiona sabitlik, sülh, Dağlıq Qarabağ probleminin artıq tarixdə qaldığın gətirən bir format kimi qalır. Minsk Qrupu həmsədrlərinin səfərləri olsa belə, bu, sadəcə bir diplomatik səfər kimi ola bilər. Onların artıq Azərbaycandan tələb etməyə hər hansı hüquqları çatmır. Onların artıq ”bu problemi həll edəcəyik” kimi bəyanatlar verməsinə, tərəflərə çağırış etməsinə ehtiyac qalmır. Azərbaycan ərazisinin çox hissəsini özü azad etdi. Ermənistan faktiki kapitulyasiyaya gedərək üç rayonun azad etməyə imza atdı. Digər məsələlər isə sonrakı mərhələlərdə həll ediləcək. Bu baxımdan dünya diplomatiyasının Minsk Qrupu kimi faydasız və səmərəsiz bir qurumlar yaratmaqdan çəkinməsi daha düzgün olardı. Azərbaycan beynəlxalq təşkilatların, üç həmsədrin edə bilmədiyi bir problemi həll etdi. Həmsədrlərin bundan sonra Azərbaycana səfərinin nə məqsəd daşıyacağı Azərbaycan ictimaiyyəti üçün aydın deyil”.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - modern.az

Qabil Hüseynli: “Onların gəlməsinə izn verilməyə də bilər”

Politoloq Qabil Hüseynli bildirdi ki, Minsk Qrupu həmsədrləri artıq keçilmiş, başa vurulmuş mərhələdir: “Bu mərhələdə Minsk qrupu özünü doğrulda bilmədi. Faktiki olaraq prosesləri uzun illər dondurdu və daha çox ermənilərin xeyirinə işləyən addımlar atdı. Minsk Qrupunun nizamnaməsində də yazılıb ki, münaqişə tərəflərindən biri etiraz və imtina edirsə Qrup fəaliyyətini dayandırır. Azərbaycan mənim zənnimcə Minsk Qrupunun fəaliyyətini qəbul etməyəcək və qəbul etməməkdədir. Çünki artıq yeni bir format yaranıb və bu formatda Rusiya ilə Türkiyə birlikdə proseslərə daha fəal yanaşırlar, bölgədə atəşkəsi onlar təmin etdilər. BMT-nin və ATƏT-in Minsk Qrupunun edə bilmədiyini Rusiya-Türkiyə ikiliyi təmin etdi, problemin həlli ilə bağlı real addımlar atıldı və atılır. Bundan sonra da qalan məsələləri də məhz bu formatda müzakirə etmək daha məqbuldur. Çünki bu format ortaya real iş qoya bilir. Ona görə də zənnimcə ATƏT-in Minsk Qrupu artıq fəaliyyətini dayandırmalıdır. Çünki ən azından Azərbaycan bu formatı istəmir, digər tərəfdən də Qarabağ məsələsi demək olar həll olunub və belə vəziyyətdə Minsk Qrupuna və onun üçlü həmsədrlik instituna ehtiyac qalmayıb. Artıq onlar prosesdə ”arabanın beşinci təkəri” durumuna gəliblər. Beşinci təkərə ehtiyac yoxdur”.

Politoloq hesab edir ki, həmsədrlər Azərbaycana gəlmək istəsələr də Bakının onların ölkəyə gəlişinə hə deyəcəyi inandııcı deyil: “İnanmıram ki, Azərbaycanın yüksək rəsmiləri səviyyəsində onlar qəbul edilsin. Ümumuyyətlə, həmsədlərin ölkəmizə gəlişinə viza verilməsi məsələsi də Azərbaycan tərəfindən soyuq qarşılana və onların gəlməsinə izn verilməyə də bilər. Gəlsələr belə, artıq onların edə biləcəyi heç nə yoxdur, onlara ehtiyac qalmayıb. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri də demək olar ki, yerinə yetirilməkdədir, Azərbaycanın ərazi bütövlüyü hissə-hissə təmin edilməkdədir, bölgədə atəşkəsə nail olunub və atəşkəsə əməl olunur. Qalıb Azərbaycanla Ermənistan arasında birdəfəlik sülhyaratma prosesi, sülh sazişi. Bunu da Türkiyə ilə Rusiya birlikdə Azərbaycan və Ermənistanın iştirakı ilə həll edə bilərlər. Hətta bu həll prosesində dördlü bir görüş də keçirilə, yaxud da ikitərəfli görüş də keçirilə bilər ki, artıq sülh sazişi hazırlamaq üçün işçi qrupu yaradılsın. Zənnimcə dekabrın 1-dən-Kəlbəcər  və Laçından erməni işğalçılar çıxdıqda sonra dediyimiz həmin format fəaliyyət göstərərək sülh sazişinin hazırlanmasına yaşıl işıq yandıracaq. Ona görə də Minsk Qrupunun və onun həmsədrləri formatının bundan sonra nə isə bir iş görə biləcəyinə qətiyyən inanmıram”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”