Mingəçevirə gedən mikroavtobus ağaca çırpıldı – ÖLƏN VƏ YARALANANLAR VAR

    18

    Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

    İdarəetmədən çıxan mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.

    Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.