Mingəçevirdə sərnişin avtobusu AŞDI – XƏSARƏT ALANLAR VAR

    9

    Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.

    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

    Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu “Niva” markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə avtobusda olan şəxslərin xəsarət aldığı bildirilir.

    Xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

    Onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırmalar davam etdirilir.