Mingəçevir İES-dəki nasazlıq aradan qaldırılıb – “Azərenerji”

    36

    Bu gün Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında transformatorlardan birində nasazlıq yaranıb və nasazlıq dərhal aradan qaldırılıb.

    Hurriyyet.org bildirir ki, bunu Azvision.az -a açıqlamasında “Azərenerji”nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib. Onun sözlərinə görə, respublikanın enerji təchizatında heç bir problem yaranmayıb.